"Neftçi"nin məşqçisi: "Məncə, bacaracağıq"

"Neftçi"nin məşqçisi: "Məncə, bacaracağıq"
DÜNYA FUTBOLU 10 May 2024 / 22:38 3424
-  A +

“Neftçi”nin məşqçisi Saşa Petroviç Misli Premyer Liqasının “Kəpəz” klubu ilə 34-cü tur oyunundan (5:1) sonra keçirilən mətbuat konfransında fikirlərini jurnalistlərin suallarını cavablandırıb.

- İlk hissədə yaxşı çıxış etdik, ikinci hissədə lap yaxşı oyun oldu. Oyunçular xarakter göstərdi. İlk qoldan sonra “Neftçi” adına layiq oyun oldu.

– Qeyd etdiniz ki, oyunçular bu gün xarakter göstərdi. Keçən oyunda məğlub oldunuz. Onda xarakter göstərmək olmazdımı?

– Çətin sualdır. “Qarabağ” bizdən daha yaxşı komandadır. 4 aydır burada çalışırıq. İndi irəli baxmalıyıq. Bilirik hansı istiqamətdə işləməliyik. Məncə, “Qarabağ”la oyunu unudub, gələcəyə baxmaq lazımdır.

– Miodraq Bojoviçin yeri nə dərəcədə görünürdü?

– Baş məşqçinin olmamağı təbii bir şeydir. Hər şey qaydasındadır. Nəticə bunun göstəricisidir.

– Emin Mahmudov növbəti oyunlarda olacaq?

– Eminin olmaması çatışmazlıqdır. Bu sual baş məşqçiyə ünvanlanmalıdır. Bizi vacib iki oyun gözləyir. Onda qərar veriləcək.

– “Neftçi”nin neçə faizini dəyişmək lazımdır ki, “Qarabağ”a qarşı yaxşı çıxış edə bilsin?

– Çətin sualdır. İnanırıq ki, qalsaq, komanda güclənəcək. Qış transfer pəncərəsində oyunçu cəlb etmək çətin olur. Yayda inanıram ki, yaxşı olacaq. Gələcəyə nikbin baxıram. Yens Andersson bu yöndə işlərə başlayıb.

– Melanonun çıxışı sizi nə dərəcədə qane etdi?

– Meydanda az oldu. Məşqlərdə ciddi şəkildə çıxış edir. Ona görə də meydana buraxmaq lazımdır.

– Sosial şəbəkələrdə yazırlar ki, komanda avrokuboklara getməsə, daha yaxşı olar. Avrokuboklara vəsiqə qazansanız, qısa müddətə normal heyət formalaşdırmaq mümkün olacaq?

– Məncə, bacaracağıq. Avrokuboklarda çıxış təcrübə deməkdir. Hər oyundan sonra daha yaxşı çıxış etməyə çalışırıq.

– Digər komandaların avrokubok şanslarını necə qiymətləndirirsiniz?

– Yalnız öz komandamı düşünürəm. Digər rəqiblər barədə fikirləşmirəm.


Son xəbərlər