Dmitri Kramarenkonun qızı Azərbaycanı yox, Rusiyanı seçir - "Ölkəmi sata blimərəm"

Dmitri Kramarenkonun qızı Azərbaycanı yox, Rusiyanı seçir - "Ölkəmi sata blimərəm"
XƏBƏR 10 May 2024 / 13:30 4443
-  A +

Futbol üzrə Azərbaycan milli komandasının sabiq qapıçısı Dmitri Kramarenkonun qızı Lala Kramarenko Rusiya millisini tərk etməyəcəyini bəyan edib.

QOL.az "Sovetski sport" nəşrinə istinadən xəbər verir ki, bu haqda o, Rusiyanın "Disiplina" yutub kanalına verdiyi müsahibədə bildirib.

Bədii gimnatistika üzrə yeniyetmələr arasında 3 dəfə dünya çempionu olan L.Kramarenko Olimpiya Oyunlarında iştirak etmək üçün (Rusiya Yay Olimpiya oyunlarından kənarlaşdırılıb - red.) Azərbaycan millisində çıxış etməsinin mümkünlüyü barədə suala cavabında deyib.

"Xeyr. Mən qısa və aydın deyirəm. Bu o demək deyil ki, Azərbaycan üçün yarışa bilmərəm. Sadəcə, bu, şəxsi ambisiya və emosiyadır. Mən öz ölkəmi sata bilmərəm. Bu, xəyanat olar" - deyə 19 yaşlı idmançı bildirib.

O, qarşısındakı hədəfin sentyabrda keçiriləcək Birlik Oyunlarının qalibi olmaq olduğunu da deyib.

Qeyd edək ki, Lala Kramarenko 2004-cü ilin dekabrın 4-də Moskva şəhərində anadan olub. O, Rusiya Federasiyasının vətəndaşıdır. 

Daha çox


Son xəbərlər