Çempionlar Liqasının "Bavariya"ya qarşı cavab yarımfinal matçında vurduğu qollarla "Real"ı finala çıxaran Xoselu Matanın karyerası bir sıra maraqlı məqamlarla diqqət çəkir.
Məlumdur ki, 34 yaşlı hücumçu olan Xoselu bu mövsümün əvvəlində 500 min avroya satınalma şərti ilə "Espanyol"dan icarəyə götürülüb. Xoselu "Bavariya" ilə 1/2 finalın cavab görüşünün 81-ci dəqiqəsində Federiko Valverdeni əvəzləyərək meydana daxil olub. 88 və 90+1-ci dəqiqələrdə isə o, iki vacib qol vuraraq komandasına qələbə qazandırıb (2:1).
QOL.az xəbər verir ki, bu arada Xoselunun 12 il əvvəl etdiyi paylaşım sosial mediada viral olub. 2012-ci ildə "Real"ın əvəzedici heyətindən "Hoffenhaym"a (Almaniya) keçən Xoselu həmin il Tvitterdə "Real"la "Barselona" arasında keçirilən superkubok oyununu izləmək üçün link axtarmışdı. O, paylaşımında bu sözləri yazıbmış: "Kimsə mənə Madridi izləmək üçün link verə bilərmi?"
"Real" azarkeşi kimi Parisə getmişdi
Digər maraqlı məqam isə Xoselunun 2022-ci ildə "Real"ın matçına azarkeş kimi getməsi olub. O, Çempionlar Liqasının "Liverpul"a qarşı final oyununda hazırkı komandasını dəstək vermək üçün Parisə getmişdi. Orada şəkil çəkdirərkən Xoselunun əynində "Kral klubu"nun forması da olub.
İyunun 1-də Xoselu ÇL-in finalı üçün bu dəfə Londona yola düşəcək. Lakin indi "Real"ın futbolçusu və onu yarımfinala çıxaran oyunçu kimi...
Arda Güler son 5 oyunda 5-ci qolunu vurdu
"Fənərbaxça" 10 nəfərlə "Qalatasaray"a qalib gəldi
Azərbaycan millisi ikinci oyununda da uduzdu
Derbidən əvvəl ara qarışdı - Şəkillər
"Mançester Siti" 10-cu dəfə İngiltərə çempionu oldu
"Sabah"ın U-14 komandası beynəlxalq turnirin qalibi oldu
"Qəbələ" "Araz-Naxçıvan"a belə qalib gəldi - Video
"3 qol buraxdığıma görə utanıram" - "Qarabağ"ın qapıçısı
"Qəbələ"dən ardıcıl 3-cü qələbə
Asif Məmmədova 250 nömrəli forma təqdim olundu
"Sabah" Türkiyədə 4-cü oldu
"Bayer" bunu bacaran ilk klubdur
"Qəbələ" - "Araz-Naxçıvan": Heyətlər