İsveçin "Yurqorden" klubunun baş məşqçisi Tomas Laqerlöf növbəti dəfə Musa Qurbanlıya az şans verməsi barədə açıqlama verib.
QOL.az xəbər verir ki, bu haqda 52 yaşlı mütəxəssis fotbolldirekt.se saytına danışıb. Bugünlərdə elə həmin media qurumuna müsahibəsində Azərbaycan millisinin hücumçusu M.Qurbanlı U-21 komandasına göndərilməsi haqda ona heç bir izahat verilmədiyini deyib. "Əlbəttə, bu, onların qərarıdır. Bu barədə danışsalar, yaxşı olardı. Amma heç nə demirlərsə, bu, normaldır" - deyə Musa bildirib.
Tomas Laqerlöf isə Musanın fikirləri ilə razılaşmır. "O, oynamamağı ilə əlaqədar izah alıb" - deyə məşqçi qeyd edir.
Jurnalistin "Bu izahatı kütləvi informasiya vasitələrindən gizli saxlamaq istəyirsiniz?" sualına baş məşqçi belə cavab verib: "Mətbuat konfransında da söylədiyim kimi, bu, rəqabətlə bağlı məsələdir. Oyun üçün heyətə yalnız 20 futbolçu cəlb edə bilərik".
Musa U-21 komandasında keçirdiyi rəsmi matçlarda 2 qol vurub. Bu fakt onun əsas komandaya qayıtmasına kömək edə bilərmi? Bu məsələ barədə danışan Tomas Laqerlöf deyib:
"Əlbəttə, hər məşq, hər oyun - bu əsas komandada ola bilər, U-21-də də - özünü göstərmək üçün bir şansdır. Əgər siz yaxşı çıxış edirsinizsə, bu, sizi uğura yaxınlaşdırır. Biz Musaya da demişdik: biz istəyirik ki, heyətdə bütün oyunçular oynasın. Amma bu halda kimisə heyətdən çıxarmalıyıq və onda rəqabət yaranır. Oyundan oyuna hər şey onda asılı olacaq ki, heyətin digər yarısı necə görünür. Siz hücumçuya, yarımmüdafiəçiyə, yaxud digərinə üstünlük verirsinizmi... Amma o, hər yaxşı nəticəsi ilə özünün mövqeyini gücləndirir".
Sayt onu da yazıb ki, bu yay Musa "Yurqorden"i tərk edə bilər. Bunun üçün klub 9-10 milyon İsveç kronu (təqribən 850 min avro) tələb edir. Bu, isə "Yurqorden"in Musa üçün "Qarabağ"a ödədiyi məbləğdən (6 milyon) 3-4 milyon kron çoxdur.
Azərbaycan millisinin üzvü: "Hədəfimiz böyükdür"
Hidayət belə dünya çempionu oldu - Video
"Liverpul"un yeni baş məşqçisi rəsmiləşdi
Hidayət Heydərov dünya çempionu oldu - Yenilənib
Əvəzedicilər Liqasında çempion oldular
Qusar" - "Lerik" oyununda 6 qol - Video
Azərbaycan liqalarında pley-off oyunlarının vaxtı bilindi
Bundesliqada mövsümün ən yaxşısı müəyyənləşdi
Ederson Amerika kubokunu buraxacaq
Bekhem Messini transfer etməklərinin səbəbini açıqladı
Xorvatiya millisinin Avro-2024 üçün heyəti açıqlandı
Azərbaycan gimnastları qızıl və gümüş medal qazandılar
"Sabah"ın daha bir komandası çempion oldu
"Neftçi" üçün əlamətdar oyun
Ali Koçdan Dursun Özbeyə cavab
"Ardada xüsusi istedad var" - Ançelotti
Region Liqasında bürünc mükafatçı müəyyənləşdi - Şəkillər
Dursun Özbek Ali Koça səsləndi: "Kişisənsə, gəl"
8 qol və Ardanın dublu - Video
İranda idman tədbirləri ləğv edildi
Yunanıstanda da çempion bəlli oldu
Ardaya qədər "Real"da bunu bacaran olmamışdı
"Qarabağ"dan 27 ilin rekordu
İstanbul derbisindən sonra qalmaqal
Simeone uğursuzluğu şərh etdi
Karlos Teves istefa verdi
Qvardiola Kloppa görə qəhərləndi - Video
Fransa Liqa 1-də mövsümə yekun vuruldu
Musasız “Yurqorden”dən növbəti qələbə
İstanbul derbisindən - Video
Arda Güler son 5 oyunda 5-ci qolunu vurdu
"Fənərbaxça" 10 nəfərlə "Qalatasaray"a qalib gəldi
Azərbaycan millisi ikinci oyununda da uduzdu
Derbidən əvvəl ara qarışdı - Şəkillər
"Mançester Siti" 10-cu dəfə İngiltərə çempionu oldu
"Sabah"ın U-14 komandası beynəlxalq turnirin qalibi oldu
"Qəbələ" "Araz-Naxçıvan"a belə qalib gəldi - Video
"3 qol buraxdığıma görə utanıram" - "Qarabağ"ın qapıçısı
"Qəbələ"dən ardıcıl 3-cü qələbə
Asif Məmmədova 250 nömrəli forma təqdim olundu
"Sabah" Türkiyədə 4-cü oldu
"Bayer" bunu bacaran ilk klubdur