Milli oyunlar səbəbindən yaranmış fasilə ilə əlaqədar olaraq Ağdamın "Qarabağ" klubu 17 futbolçu ilə hazırlıqlarını davam etdirir. Qol.Az-ın məlumatına görə, aprelin 3-də "Neftçi" ilə qarşılaşacaq komandada zədəlilərin geri dönməsi üzləri güldürür.
2011-ci ildə zədə üzündən rəsmi oyuna çıxa bilməyən "Qarabağ"-ın gənc müdafiəçisi Maksim Medvedev də artıq kollektivlə çalışmalarda iştirak edir. Almaniyada müalicə olunan 21 yaşlı milli futbolçu klubun rəsmi saytına verdiyi açıqlamada başına gələnləri dəyərləndirib:
"Zədəm həqiqətən də qeyri-adi alındı. Fərqli vasitələrdən müalicədən istifadə olunsa da, zədəni müəyyənləşdirmək mümkün olmurdu. Ümumi qənaət bundan ibarət oldu ki, sadəcə zamana ehtiyac var. Daha dəqiq desək zədənin keçməsi üçün 6 həftəlik zaman lazım idi. İndi artıq kollektivlə məşqlərə başlamışam. Həkimlər dediki ayağında hələ ağrılar olacaq. Demək olar ki, artıq ağrılara alışmışam. Əsas sağalma mərhələsi artıq arxada qalıb. 3 həftəyə tam hazır olacam".
Maksim futbol üçün darıxdığını da bildirib: "Artıq 3 aydı futboldan uzaq düşmüşəm. Karyeramda ilk dəfə olaraq bu qədər futboldan ayrı qalmışam. Futbol üçün darıxmışam. Almaniyada olarkən oyunlarımızı izləyə bilməsəm də, saytımız vasitəsiylə oyunları onlayn izləyirdim. Sevinirəm ki, komandamız ardıcıl qələbələrlə 2-ci pilləyə yüksəlib.
"Qarabağ" son illərdə yüksəlişdədi. Yerimin görsənməyi barəsində nəsə deməyim düzgün deyil. Komanda qələbələr qazanırsa konkret futbolçunu fərqləndirmək düzgün olmazdı. Hazırda mənim mövqeyimdə Qara uğurla çıxış edir. Zaur da həmin yerdə oynamağı bacarır. Biz kollektiv futbol oynadığımız üçün meydanda kimin olmasının elə də önəmi yoxdu. Kim meydana çıxırsa var gücünü, deyərdim ki ürəyini meydanda qoyur".
İstedadlı müdafiəçi "Qarabağ"ın qarşıdakı oyunlarını dəyərləndirib: "Qarşıda bizi bir-birindən çətin 8 oyun gözləyir. Son 9 oyunda qələbə qazanmışıq. Hamı bizim seriyanın taleyi ilə maraqlanır. Amma keçən dəfə Rəşad Sadıqov demişdi ki, seriya haqqında fikirləşmək bizə 3 xal verməyəcək. Onun dediyi ilə razıyam. Axı, bütün seriyalar nə zamansa başa çatır. Ona görə də, hər oyuna xüsusi hazırlaşırıq. İnanıram ki, payızda düşdüyümüz böhran bir daha təkrarlanmayacaq. İndi heyətimizin yetərincə geniş olduğunu düşünürəm. Ona görə də sonuncu tura qədər "Qarabağ"ın yüksələn xətlə çıxış edəcəyini düşünürəm".
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
AFFA -da Premyer Liqa klubları üçün seminar
“Liverpul” köklü islahata hazırlaşır
Mundiallar tarixində ilk - İnfantino açıqladı