Misli Premyer Liqasında 33-cü turun oyunları davam edir.
QOL.az xəbər verir ki, bu gün 2 matç keçirilib. "Zirə" "Turan Tovuz"un qonağı olub.
Oyun "Zirə"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Paytaxt klubunun əsas rəqibləri "Neftçi" və "Sumqayıt" ötən gün xal itirdiyindən komanda bu qələbə ilə yenidən 2-ci pilləni ələ keçirib.
Günün digər qarşılaşmasında "Araz-Naxçıvan" "Sabah"ı qəbul edib. Bu oyunda "Sabah" baxımlı qolla qalib gəlib - 1:0. Nəticədə Bakı təmsilçisi "Neftçi" və "Sumqayıt"ı geridə qoyaraq 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, tura sabah keçiriləcək 1 oyunla yekun vurulacaq.
5 may
Misli Premyer Liqası, 33-cü tur
19:00. “Araz Naxçıvan” – “Sabah” - 0:1
Qol: Ayaz Quliyev, 2 (0:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov
Liv Bonadea Arena
16:30. “Turan Tovuz” – “Zirə” - 1:2
Qol: Salifu Suma, 14 (0:1), Fərid Nəbiyev, 52 (1:1), Sezar Meza Kolli, 70 (1:2)
Qırmızı vərəqə: Roderik Miller, 90+9 ("Turan Tovuz")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Tovuz şəhər stadionu
6 may
19:00. “Səbail” – “Qəbələ"
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə
ASCO Arena
4 may
“Qarabağ” – “Neftçi” - 5:0
“Kəpəz” – “Sumqayıt” - 1:1
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 33 | 24 | 4 | 5 | 90-32 | 76 |
2 | Zirə | 33 | 14 | 10 | 9 | 31-21 | 52 |
3 | Sabah | 33 | 15 | 7 | 11 | 47-38 | 52 |
4 | Sumqayıt | 33 | 13 | 12 | 8 | 34-35 | 51 |
5 | Neftçi | 33 | 14 | 8 | 11 | 43-38 | 50 |
6 | Səbail | 32 | 11 | 9 | 12 | 47-51 | 42 |
7 | Turan Tovuz | 33 | 11 | 9 | 13 | 48-49 | 42 |
8 | Kəpəz | 33 | 9 | 8 | 16 | 38-60 | 35 |
9 | Araz-Naxçıvan | 33 | 9 | 8 | 16 | 29-45 | 35 |
10 | Qəbələ | 32 | 4 | 5 | 23 | 23-61 | 17 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 12 qol
"Qarabağ"ın "Turan Tovuz"u məğlub etdiyi oyun - Video
"Qarabağ" 7 qollu oyunda "Turan Tovuz"a qalib gəldi
UEFA-dan Şahruddinin oynadığı kluba avrokubok cəzası - Rəsmi
"Yuventus" Alleqrini istefaya göndərdi
"Qarabağ" - "Turan Tovuz": Heyətlər
Tuhel qərarını dəyişmədi
"Marsel"in baş məşqçisi karyerasını başa vurur
Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
1-ci liqada son turun oyunları eyni gündə, eyni saatda
"Yuventus"dan Mottaya 3 illik müqavilə təklifi
İki futbolçu "Liverpul"dan ayrılır - Rəsmi
FİFA VAR-la bağlı yeni qaydalar tətbiq edir