Azərbaycan milli komandası AÇ-2012-nin seçmə mərhələsinin Belçika ilə oyununa Almaniyada hazırlaşır. Qol.Az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Berti Foqts ölkəsində də jurnalistlərin diqqətindən yayınmayıb.
Azərbaycan milli komandasının hazırlığı haqda danışan Foqts bu haqda belə danışıb: "Biz hazırda Almaniyanın Vedberq qəsrində məskunlaşmışıq. Vedberq Almaniyadan Belçikaya gedən yolun kənarında yerləşdiyi üçün məhz buranı seçdik. Həm də burada bizim üçün əla şərait var. Futbolçular Azərbaycan restoranına gedərkən daha çox xoşbəxt olurlar. Gün ərzində 2 dəfə məşq edir, bəzən də ekskursiyaya çıxırıq. Mən isə boş vaxt tapan kimi qolf oynayıram.
Bununla belə, Belçika ilə oyuna da ciddi hazırlaşırıq. Seçmə mərhələdə Almaniya və Avstriyaya məğlubiyyətdən sonra Bakıda Türkiyə millisinə qalib gəldik. Bu həqiqətən də möhtəşəm qələbə idi. Məncə, bunu Belçika ilə oyunda da təkrarlaya bilərik. Axı futbolda hər şey mümkündür".
Qeyd edək ki, Belçika - Azərbaycan oyunu martın 29-u Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
AFFA -da Premyer Liqa klubları üçün seminar
“Liverpul” köklü islahata hazırlaşır
Mundiallar tarixində ilk - İnfantino açıqladı