"Qələbəyə layiq idik"

"Qələbəyə layiq idik"
ÖLKƏ FUTBOLU 24 Mart 2011 / 23:35 2617
-  A +

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Bernhard Lippert Qvineya yığması ilə oyundan sonra fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis affa.az saytına açıqlamasında millimizin 1:0 hesablı qələbəyə layiq olduğunu söyləyib.

Onun fikrincə, yığmamızın qapısına təyin olunan penalti epizodunda komandamızın bəxti gətirib: "İlk 10 dəqiqə istisna olmaqla, birinci hissədə çox zəif oynadıq. Fiziki hazırlığı yaxşı səviyyədə olan rəqibə qarşı təhlükə yarada bilmədik. Heç nədən top itirirdik. İkinci hissəyə heyətdə dəyişikliklərlə başladıq. Oyunçular onlara verilən taktiki göstərişləri ikinci hissədə daha yaxşı yerinə yetirdilər, biz daha çox topa sahib olduq və rəqibin qapısı qarşısında daha tez-tez görünməyə başladıq. Penalti epizodlarında bəxtimizin gətirdiyini deməliyəm. Lakin ümumi götürsək, qələbəyə layiq olduğumuzu düşünürəm".

Daha çox


Son xəbərlər