"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi

"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
XƏBƏR 23 Aprel 2024 / 16:44 8920
-  A +

"Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borges bu mövsüm komandada qazandığı oyun şansı haqqında danışıb.

QOL.az xəbər verir ki, "Qarabağ"ın sabiq üzvü "RB Sport"a açıqlamasında deyib ki, son vaxtlar bütün oyunu meydanda olmasa da, komandaya kömək etməyə həmişə hazırdır:

“Oynayıb-oynamamağım baş məşqçinin qərarıdır. Mən həmişə hazıram. Komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm. İndi biz oyundan-oyuna inkişaf edirik”. 

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm "Krasnodar"ın heyətində bütün yarışlarda 28 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. "Qarabağ"a qayıtmaq istəməsi ilə bağlı xəbərlər yayılan futbolçunun müqaviləsi 2026-cı ilin iyununa qədərdir.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq