Son günlər mətbuatda və sosial şəbəkələrdə futbol üzrə Azərbaycan milli komandasının məşqçilərinin maaşının azaldılması, eləcə də yeni mövsümdən Əvəzedicilər Liqasının ləğv ediləcəyinə dair məlumatlar yayılır.
QOL.az saytının müxbiri bununla əlaqədar AFFA-ya sorğu ünvanlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli sorğumuza cavab olaraq əvvəlcə Əvəzedicilər Liqası ilə bağlı məsələyə münasibət bildirib.
O deyib: "Biz də son vaxtlar mətbuatda, eləcə də sosial şəbəkələrdə Əvəzedicilər Liqasının ləğv ediləcəyi ilə bağlı yazıları oxuyuruq. Biz media nümayəndələrinin, azarkeşlərin narahatlığını başa düşürükük. Lakin bəyan etmək istəyirik ki, bu məsələ hazırda gündəmdə deyil. Əvəzedicilər Liqasının ləğv olunması məsələsi AFFA İcraiyyə Komitəsinin səlahiyyətindədir. İcraiyyə Komitəsində isə bu məsələ ümumiyyətlə, müzakirə olunmayıb”.
Millinin məşqçilərinin maaşlarının azaldılması ilə bağlı xəbərlərə gəlincə, E.Məmmədli bildirib: "Milli komandaların məşqçilərinin maaşları aşağı salınmayıb. Bildiyiniz kimi, milli komandaların məşqçiləri xidməti müqavilə ilə fəaliyyət göstərirlər. 2024-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsində dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, mikro sahibkarların gəlir vergisinin məbləği 5 faizdən 20 faizə artırılıb. Bu, təkcə futbol yox, bütün sahələri əhatə edir. Yəni məşqçilərin əməkhaqqları azaldılmayıb, sadəcə vergi məbləği artırılıb”.
Ramiq Ağaməmmədov
"Bu, cinayətdir" - Klopp
Bir dövrün sonu
Messiyə mükafat verildi
"İnter Mayami" Messinin daha bir dostu ilə danışıqlar aparır
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
“Sabah”ın Tərtərdəki seçimləri yekunlaşdı - Video
"Şamaxı"nı 2-ci pilləyə yüksəldən qələbə - Video
Avro-2024-ü buraxacaq
"Çelsi" Konteyə təklif göndərdi
"Qaradağ Lökbatan" "Araz-Saatlı"ya aman vermədi - Video
Tonalinin cəzası iki ay uzadıldı
Liderdən qələbə, "Şamaxı" 2-ci pilləyə yüksəldi
Ranqnik "Bavariya"dan niyə imtina edib?
"Real"ın kapitanı Messi ilə komanda yoldaşı olacaq
Fransa klubu baş məşqçisini istefaya göndərir
"Real" Marselonun oğlu ilə müqaviləni uzatdı
Rusiya millisi üçün yeni rəqib
Benzema "Real"ın bazasında
"Borussiya" Hummelslə bağlı qərar verdi
"Real" ukraynalı qapıçı ilə yeni müqavilə imzalayır