Azərbaycanın U-17 millisi Belarusa uduzdu

Azərbaycanın U-17 millisi Belarusa uduzdu
ÖLKƏ FUTBOLU 23 Aprel 2024 / 21:27 1179
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində bu gün ilk oyununu keçirib.

QOL.az xəbər verir ki, komanda Belarusun müvafiq yaş qrupundan ibarət koollektivi ilə qarşılaşıb. Matçda Azərbaycan millisi 0:4 hesabı ilə məğlub olub. 

Həmçinin oxuyun: İspaniyada oynayan 8 azərbaycanlı futbolçu milliyə çağırıldı

Digər oyunda isə Özbəkistan millisi Tacikistana 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, U-17 turnir çərçivəsində Özbəkistan və Tacikistan yığmaları ilə də üz-üzə gələcək.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq