Almaniya milli komandasının departament rəisi Corc Belau “Bakı” futbol klubunun bazasını ziyarət edib. Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəsisin səfəri AVRO-2012 seçmə mərhələsinin 7 iyun 2011-ci il tarixdə keçiriləcək Azərbaycan-Almaniya oyununa hazırlıq məqsədi güdür.
Rəsmi oyun öncəsi məşq prosesisin təşkili üçün paytaxtımıza buyuran milli komanda meneceri Almaniya milli komandasının “Bakı” klubunun bazasında hazırlaşması üçün bütün zəruri şəraitin mövcudluğunu təsdiqləyib.
Corc Belau komandanın bazası ilə ətraflı tanış olduqdan sonra “Bakı”nın təlim məşq bazası haqda fikirlərini klub saytına bildirdi:
“Klubunuzun bazasını çox bəyəndim. Xüsusən də, uşaq futboluna yetirilən çox böyük diqqət və qayğının şahidi oldum. Futbolçular üçün hər bir şərait yaradılıb.
“Bakı” klubuna uğurlar arzulayıram. İnanıram ki, belə infrastruktura malik olan klub tezliklə Avropada öz sözünü deyəcək. Azərbaycanda belə bir klub formalaşmasının şahidi olmağım məni cox sevindirdi. İyun ayında bir daha sizin qonağımız olacağıq. Bu ehtimal burada gördüyüm ən yüksək şəraitə əsaslanır”.
Xatırladaq ki, daha əvvəl Azərbaycan milli komandasının qonağı olaraq Bakıya səfər edən Küveyt və Türkiyə yığmaları da, məhz, “Bakı” futbol klubunun bazasında məşq etmişdilər.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
AFFA -da Premyer Liqa klubları üçün seminar
“Liverpul” köklü islahata hazırlaşır
Mundiallar tarixində ilk - İnfantino açıqladı