Hakimlər ”Xəzər Lənkəran”ı sonuncu etdilər

Hakimlər ”Xəzər Lənkəran”ı sonuncu etdilər
ÖLKƏ FUTBOLU 22 Mart 2011 / 14:49 2963
-  A +

Azərbaycan Premyer Liqasının XXIV turu “Xəzər Lənkəran” üçün əlamətdar olub. Qol.Az-ın klubun rəsmi saytına istinadən xəbərinə görə, mövsüm ərzində ilk dəfə “Xəzər Lənkəran”ın lehinə penalti qərarı verilib.

“Neftçi” ilə matçda penalti zərbəsini dəqiq yerinə yetirən Julius Vobay 11 metrlik zərbədən ilk qol müəllifi olub. Komandanın ifasında sonuncu penalti ötən ilin aprelində vurulmuşdu. Həmin çempionatın 29-cu turunun “İnter”lə görüşündə İvan Svetkov 11 metrdən qapını dəqiq nişan almışdı. Aprelin 23-dəki görüşdən təxminən 11 ay, daha dəqiqi 329 gün sonra hakimlər “Xəzər Lənkəran”ın penalti vurmasına imkan veriblər. Həmin penaltini isə bu mövsüm Lənkəran komandası üçün arzuolunmaz hakimə çevrilən Anar Salmanov verib.
 
Penaltilərlə bağlı daha bir məqam isə Premyer Liqanın əvvəlki 23 turu ilə bağlıdır. “Xəzər Lənkəran”ın “siftə etdiyi” XXIV tura qədər hakimlər 22 penalti təyin ediblər. AZAL, MOİK, “Qarabağ” və “Bakı” lehinə də 1 dəfə penalti qərarı verilib. “İnter” 4, “Neftçi” və “Qəbələ” hərəyə 3, “Muğan”, “Gəncə”, “Simurq” və “Turan” hərəyə 2 dəfə penalti vurub. “Xəzər Lənkəran” penalti qərarı ilə bu siyahıya hamıdan sonuncu – 12-ci qoşulub.

Daha çox


Son xəbərlər