Kristof Daum "Qalatasaray"ın sabiq baş məşqçisini əvəzlədi

Kristof Daum "Qalatasaray"ın sabiq baş məşqçisini əvəzlədi
DÜNYA FUTBOLU 22 Mart 2011 / 14:27 3631
-  A +

Almaniyanın "Ayntraxt" klubunun rəhbərliyi baş məşqçi Mixael Skibbeni istefaya göndərib. Qol.Az-ın məlumatına görə, bu posta Kristof Daum təyin olunub.

Baş məşqçi dəyişikliyinə uğursuz nəticələr səbəb göstərilib. "Ayntraxt" Bundesliqada 27 turdan sonra 31 xalla 18 komanda arasında 14-cü yeri tutur.

57 yaşlı Daumun sonuncu iş yeri Türkiyənin "Fənərbaxça" klubu olub. O, "sarı-lacivərdlilər"in baş məşqçisi vəzifəsindən ötən ilin iyununda ayrılıb. Skibbe isə əvvəllər "Qalatasaray"ın baş məşqçisi kimi də çalışıb.  

Son xəbərlər