Bu gün UEFA-nın yeni prezidenti seçiləcək

Bu gün UEFA-nın yeni prezidenti seçiləcək
DÜNYA FUTBOLU 22 Mart 2011 / 00:29 2332
-  A +

Bu gün Fransanın paytaxtı Parisdə UEFA-nın XXXV Növbəti Konqresi keçiriləcək. Qol.Az-ın məlumatına görə, quruma üzv olan 53 ölkənin futbol federasiyasının rəsmiləri bir sıra mühüm məsələlərə səs vermək üçün toplaşacaqlar.

UEFA prezidenti Mişel Platini ötən dövr ərzində təşkilatın fəaliyyəti barədə nitq söyləyəcək. Konqresdə UEFA prezidenti, habelə UEFA İcraiyyə Komitəsinin 7 yeni üzvü və FİFA İcraiyyə Komitəsinə 1 vitse-prezident və 1 üzv seçiləcək. UEFA nəzdindəki komitələrin sədrləri isə 1 il ərzində görülən işlərin hesabatını verəcəklər.

Qeyd edək ki, UEFA prezidenti postuna növbəti 4 il müddətinə seçilməyə cəmi 1 namizəd var. Bu, hazırkı prezident Mişel Platinidir. Ona görə də Platininin yenidən qurumun prezidenti seçiləcəyi şübhə doğurmur.

Son xəbərlər