«Neftçi» klubu Unibank Premyer Liqasının bu gün səfərdə «Xəzər Lənkəran»a qarşı keçirilmiş oyundakı hakim idarəçiliyindən kəskin narazılığını ifadə edib.
Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu Qol.Az-ın müxbiri ilə söhətində FİFA referisi Fariz Yusifovun oyunu biabırçı şəkildə idarə etdiyini iddia edib.
«Öncədən qeyd edim ki, bu gün stadionda əla atmosfer var idi. Belə oyunlar Azərbaycan futbolunun inkişafının göstəricisidir. Biz buna görə «Xəzər Lənkəran» azarkeşlərinə də təşəkkür edirik ki, oyunun belə yüksək əhval-ruhiyyədə keçməsi üçün əllərindən gələni etdilər. Amma təəssüf ki, hakimlər yenə öz bildiklərini diqtə etməklə məşğul idilər» - deyə E.Əşrəfoğlu vurğulayıb.
«Bu iki komandanın çempionatdakı bundan əvvəlki oyununda da hakim səhvləri var idi və bu səbəbdən biz xal itirmişdik. Həmin qarşılaşmada Bahadır Nəsimova iki dəfə açıq-aşkar kobudluq edildi, rəqib qapısına təmiz penalti verilmədi. Eyni ssenari bu gün də təkrarlandı. Baş hakim Fariz Yusifov hər cəşdlə çalışırdı ki, «Xəzər Lənkəran» uduzmasın. Hətta oyundan sonra o, bizim nümayəndələrə belə də deyib: istəyirsiniz, mənim buradan meyitim çıxsınr? Bu gün Azərbaycan dövləti bütün ölkə boyu, o cümlədən Cənub bölgəsində sabitlik yaradıb, insanların azadlığı və rahatlığı üçün hər cür şərait var. Fariz Yusifov isə belə cəfəng iddialar irəli sürür. Bilmirik, Fariz Yusifovu narahat edən nədir?
Artıq neçənci dəfədir bəyan edirik ki, əgər bizim hakimlər belə oyunları idarə edə bilmirlərsə, o halda xaricdən hakimlər dəvət olunsun. Bugünkü hakimlik bir daha göstərdi ki, bizə qarşı hakim köməyi yoxdur. Əksinə «Neftçi»ni qızıl xallardan məhrum etmək istəyirlər. Fariz Yusifov «Xəzər Lənkəran»ın uduzmaması üçün bu gün hansı oyunlardan çıxdı, bunu hamı gördü. Yersiz oyun saxlamaları, olmayan qayda pozuntuları… Elnur Allahverdiyev Flavinyoya qarşı kobudluq etdi, amma hakim onu cəzalandırmadı. Əvəzində heç bir ciddi səbəb olmadan futbolçumuz Rodriqinyoya sarı vərəqə verildi.
Hakim özündən çıxaran nədir? Bir daha sübut olunur ki, bu adamın arxasında hansısa qüvvələr dayanır. İmkan vermirlər ki, «Neftçi» xal fərqinə görə rəqiblərindən aralansın» - deyə E.Əşrəfoğlu bildirib.
"Sabah"ın qələbəsindən - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ