Türkiyə Superliqasında növbəti tura "Bursaspor" - "Ankaragücü" matçı ilə yekun vurulub. Qol.Az-ın məlumatına görə, baş məşqçi Ərtuğrul Sağlamın rəhbərliyi ilə 100-cü matçına çıxan son ölkə çempionu yenə qələbəyə nail ola bilməyib.
Oyun qolsuz bərabərliklə yekunlaşıb. Bununla da "timsahlar" şərikli liderlər "Fənərbaxça" və "Trabzonspor"dan 9 xal geri düşüblər.
Daha öncə "Trabzonspor" son dəqiqə qolu ilə "Gənclərbirliyi"ni səfərdə yenərək, "Fənərbaxça"nın liderliyinə şərik olub. "Eskişehirspor" "Karabükspor"a minimal hesabla qalib gəlib və 6-cı pillədəki mövqeyinə qayıdıb. Səfərdə "Bucaspor"u darmadağın etmiş "Sivasspor" isə təhlükəli zonadan uzaqlaşıb. "Beşiktaş" klubu "Fi-YAPI İnönü" stadionunda qəbul etdiyi "Kayserispor" üzərində inamlı qələbə qazanıb. Bu görüş əsasən, iki anlamda "qara qartallar" üçün əhəmiyyətli olub. Oyun klubun yaranışının 108-ci ildönümündə təsadüf edib. 1903-cü ildən fəaliyyətə başlayan klubun "doğum günü" 19 mart (19.03) hesab edilir. Digər tərəfdən, Bernd Şusterin baş məşqçi postu ilə vidalaşmasından sonra onu əvəzləyən Tayfur Havutçu debüt matçına çıxıb. "Beşiktaş" ad günündə Havutçunun ilk sınağında qələbə qazanıb.
Açılış matçında isə "Qalatasaray" və "Fənərbaxça" arasında 2011-ci ilin ilk derbisi keçirilib. "Türk Telekom Arena"da baş tutan matç qonaqların qələbəsi ilə nəticələnib - 2:1. Qarşılaşmada hesabı sabiq "Fənərbaxça"lı Kazım Kazım açıb. İkinci yarıda meydançaya daxil olan Semih Şəntürk "sarı-lacivərdlilər"in oyununda dönüş edib. Bunun məntiqi nəticəsidir ki, əvvəlcə onun özü, sonra isə Aleks fərqlənib. Bununla da qələbə qazanan "Fənərbaxça" liderliyini qoruyub. "Qalatasaray" isə 11-ci pillədə qalıb.
"Qalatasaray" - "Fənərbaxça" - 1:2
Qollar: Kazım Kazım, 14 (1:0). Semih Şəntürk, 76 (1:1), Aleks, 87 (1:2)
"Qalatasaray": 87. Robinson Zapata, 2. Lukas Neyl, 5. Gökhan Zan, 76. Sərvət Çətin, 22. Hakan Balta, 19. Lorik Sana, 25. Yekta Kurtuluş (18. Ayhan Akman, 85), 27. Xuan Kulio, 28. Boqdan Stanku (99. Harri Kyuell, 67), 80. Kazım Kazım (10. Arda Turan, 60), 15. Milan Baroş
"Fənərbaxça": 1. Volkan Dəmirəl, 77. Gökhan Gönül, 2. Dieqo Luqano, 3. Jozef Yobo, 27. Andre Santos, 38. Mehmet Topuz, 16. Kristian, 21. Səlcuk Şahin (23. Semih Şəntürk, 46), 20. Özər Hurmacı, 10. Aleks (4. Bəkir İrtegün, 88), 7. Mamadu Nyanq (11. Miroslav Stoç, 73).
Baş hakim: Fırat Aydınus.
19 mart
"Kasımpaşa" - "Manisaspor" - 1:0
Qol: Fernando Varela, 73
"Qaziantepspor" - "İstanbul BB" - 4:1
Qollar: Hürriyet Güçer, 7. Olcan Adın, 33; 65; 71 - Filip Holosko, 62
"Konyaspor" - "Antalyaspor" - 0:0
"Beşiktaş" - "Kayserispor" - 4:2
Qollar: Uqo Almeyda, 61; 89. Fabian Ernst, 69. Rikardu Kuarejma, 76 - Marselo Zalayeta, 22. Selim Teber, 81
20 mart
"Eskişehirspor" - "Karabükspor" - 1:0
Qol: Armand Deumi, 33-avt.
Penaltini vura bilməyib: Ümit Karan, 25 ("Eskişehirspor")
"Bucaspor" - "Sivasspor" - 0:4
Qollar: Eneramo, 40. Suares, 61. Erman Kılıç, 84. Cihan Yılmaz, 90
Qırmızı vərəqə: Kamil Ahmet Çörəkçi, 25 ("Bucaspor")
"Gənclərbirliyi" - "Trabzonspor" - 1:2
Qollar: Cem Can, 12 - Giray Kaçar, 57. Alanzinyo, 90+1
21 mart
"Bursaspor" - "Ankaragücü" - 0:0
| Komandalar | O | Q | H | M | T | X | |
| 1. | Fənərbaxça | 26 | 19 | 3 | 4 | 62-27 | 60 |
| 2. | Trabzonspor | 26 | 18 | 6 | 2 | 54-21 | 60 |
| 3. | Bursaspor | 26 | 14 | 9 | 3 | 42-20 | 51 |
| 4. | Qaziantepspor | 26 | 13 | 7 | 6 | 34-22 | 46 |
| 5. | Kayserispor | 26 | 12 | 7 | 7 | 35-27 | 43 |
| 6. | Eskişehirspor | 26 | 11 | 8 | 7 | 29-25 | 41 |
| 7. | Beşiktaş | 26 | 11 | 6 | 9 | 41-31 | 39 |
| 8. | Manisaspor | 26 | 11 | 2 | 13 | 39-40 | 35 |
| 9. | İstanbul BB | 26 | 10 | 4 | 12 | 32-32 | 34 |
| 10. | Karabükspor | 26 | 9 | 7 | 10 | 38-40 | 34 |
| 11. | Qalatasaray | 26 | 10 | 3 | 13 | 29-34 | 33 |
| 12. | Ankaragücü | 26 | 8 | 8 | 10 | 36-43 | 32 |
| 13. | Antalyaspor | 26 | 7 | 9 | 10 | 24-34 | 30 |
| 14. | Gənclərbirliyi | 26 | 7 | 7 | 12 | 28-41 | 28 |
| 15. | Sivasspor | 26 | 6 | 7 | 13 | 32-46 | 25 |
| 16. | Bucaspor | 26 | 5 | 6 | 15 | 19-40 | 21 |
| 17. | Konyaspor | 26 | 3 | 8 | 15 | 20-39 | 17 |
| 18. | Kasımpaşa | 26 | 4 | 5 | 17 | 23-55 | 17 |
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı