Stefan Borbikoni: "Bu gün məni yenidən meydanda görəcəksiniz"

Stefan Borbikoni: "Bu gün məni yenidən meydanda görəcəksiniz"
ÖLKƏ FUTBOLU 18 Mart 2011 / 00:05 2609
-  A +

Bir  müddət zədə səbəbi ilə yaşıl meydanlardan kənar qalan "Bakı"nın futbolçusu Stefan Borbikoni formasını bərpa edib. Qol.Az-ın məlumatına görə, fransalı müdafiəçi bu barədə klubun rəsmi saytına açıqlama verib.  

O, Stefan Bateslə birgə mərkəz müdafiəçisi mövqeyində təşkil edəcəyini tandemi maraqla gözləyir: “Uzun zamandır zədədən əziyyət çəkirdim. Həkimlərin, məşqçilərin və məni sevən bütün insanların dəstəyi hesabına yeidən meydana çıxmağa hazıram. İnanıram ki, bu gün məni yenidən meydanda görəcəksiniz. Bateslə bəndənizin necə tandem təşkil edəcəyi çoxları üçün maraqlıdır. O cümlədən də, mənim üçün..."

“İnter”lə oyuna gəlincə, Borbikoni martın 18-də "Bakı"nı çətin oyunun gözlədiyini deyib. Onun fikrincə, "Şəfa" stadionunda meydançanın süni örtüklü olması müəyyən çətinlik yaradacaq: "Bunula belə meydana yalnız üç xal üçün çıxacağıq və istəyimizə çatacayıq. "Bakı” azarkeşlərinə hər oyunda bizə verdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Sabah da azarkeşlərimizdən dəstək gözləyirik. Onları bu oyuna dəvət edirəm və əmin edirəm ki, biz də öz növbəmizdə gözəl oyun göstərib, onları sevindirəcəyik".


Təcrübəli futbolçu lider "Neftçi" ilə 18 xallıq fərqin aradan qaldırılmasının mümkünlüyünü də əlavə edib: "Hazırda çətin vəziyyətdəyik. Lider “Neftçi” ilə aramızda 18 xal fərq olsa da, mümkunsuz bir şey yoxdur. Premyer Liqanı lider bitirməyimiz mümkunsuz kimi görünsə də, Avroliqa vəsiqəsi uğrunda mübarizəmiz davam edir".


Daha çox


Son xəbərlər