«Bakı» klubu «Qarabağ»la ev oyununu Ağdamın Quzanlı qəsəbəsi stadionunda keçirməyə rəsmən razılıq verib. Bu haqda Qol.Az-ın müxbiri ilə söhbətdə klubun icraçı direktoru Yaşar Seyidov bildirib. Onun sözlərinə görə, Peşəkar Futbol Liqası və Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən «Bakı» klubuna bununla bağlı məktub daxil olub.
Qeyd edək ki, mövsümün əvvəlində «Qarabağ» Quzanlı stadionunun adını PFL-ə göndərilən sifariş ərizəsində göstərmədiyindən final mərhələsinin oyunlarında «Qarabağ»ın rəqiblərini Ağdamda qəbul etməsi məsələsində problem ortaya çıxıb.
PFL isə yalnız klubların qarşılıqlı razılığa gələcəyi, quruma rəsmi razılıq məktubu göndərəcəyi halda «Qarabağ»ın ev oyunlarını Quzanlıda keçirməsinə icazə veriləcəyini açıqlayıb.
Yaşar Seyidov «Qarabağ»ın Quzanlıda oynamasına dəstək verdiklərini bildirsə də, Ağdam klubunun «altılıq» ərəfəsində belə bir niyyətə düşməsini qəbul etmir. «Bakı» klubu hər zaman «Qarabağ»ın Ağdamda oynamasına dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Amma hər bir klubun peşəkarlıq səviyyəsi olmalıdır. Biz oyunların Quzanlıda keçirilməsinə tərəfdarıq. Amma oyunları orada keçirmək görüntü xatirinə olmamalıdır. Bütün məsələlərə peşəkarcasına yanaşmaq lazımdır» - deyə Y.Seyidov bildirib.
Y.Seyidov Quzanlıda oynamaqdan imtina etmədiklərini, klubun vitse-prezidenti Zeynal Məmmədovun da bu təşəbbüsünü dəstəklədiyini deyib. Bununla belə, o bir daha təkrar edib ki, Quzanlıdakı oyun görüntü xatirinə olmamalıdır: «Qarabağ» bir-iki oyunu yox, bütün ev matçlarını orada keçirməli, Ağdam camaatı futbolsuz qalmamalıdır».
«Bakı» rəsmisi Quzanlıda oynamaqla bağlı razılıq məktublarını PFL-ə göndərdiklərini də söyləyib.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
AFFA -da Premyer Liqa klubları üçün seminar
“Liverpul” köklü islahata hazırlaşır
Mundiallar tarixində ilk - İnfantino açıqladı