Ançelottinin 5 illik həbs olunmasını tələb edirlər

Ançelottinin 5 illik həbs olunmasını tələb edirlər
XƏBƏR 6 Mart 2024 / 14:25 3152
-  A +

İspaniya prokurorları "Real"ın baş məşqçisi Karlo Ançelottinin 4 il 9 ay müddətində həbs olunmasını tələb edirlər.

QOL.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb. Prokurorlar mütəxəssisi 2014-2015-ci illər arasında vergi orqanlarından 1 milyon avro gizlətməkdə ittiham edirlər. Onlar Ançelottinin 4 il 9 aylıq həbs olunması üçün tələb irəli sürüblər.

Xatırladaq ki, italiyalı mütəxəssis daha əvvəl 2013-2015-ci illərdə "Real"a rəhbərlik edib. O, 2021-ci ilin yayında yenidən bu komandaya baş məşqçi təyin olunub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner