“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Misli Premyer Liqasının 25-ci turunda “Neftçi”yə 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlama verib.
QOL.az xəbər verir ki, müdafiəçi əvvəlcə oyun haqda təəssüratları ilə bölüşüb: "Düşünürəm, bütün tamaşaçılar üçün maraqlı oyun oldu. Hesab onların da xeyirinə bitə bilərdi, amma biz daha diqqətli olduq və vacib oyundan qabaq qələbə qazandıq".
O, "Neftçi" ilə matçın çətin keçdiyini qeyd edib: "Gərginlik var idi. Onlar da ikinci qolu vurub hesabı bərabərləşdirə bilərdilər. Rəqibi əks hücumlarda yaxaladıq və 3-cü, 4-cü qolları vurduq. Düşünürəm, bərabər səviyyəli oyun keçdi, lakin biz əlimizə düşən fürsətləri daha yaxşı dəyərləndirdik".
B.Mustafazadə "Neftçi" ilə matçın Avropa liqasının 1/8 final mərhələsində "Bayer"lə oyuna müsbət təsir edəcəyini bildirib: "Bayer"lə görüşdən öncə belə bir oyuna, derbiyə çıxmaq çox önəmli idi. Düşünürəm, yaxşı mübarizə apardıq, amma bəzi səhvlərimiz var idi ki, onları analiz edib "Bayer"lə oyundan əvvəl aradan qaldırmağı çalışacağıq".
27 yaşlı müdafiəçi "çempionat cədvəlində böyük fərqlə 1-ci yerdə olduqlarından sonra növbəti oyunlara motivasiyanı necə tapacaqsınız" sualına belə cavab verib: "Onu Qurban müəllim daha yaxşı bilir. O, bizə daha yaxşı motivasiya verə bilir. Heç bir şeydən asılı olmayaraq, bütün oyunlara daha diqqətli, daha yaxşı çıxmağımızı və öz idman formamızı qorumağı tapşırır. Düşünürəm ki, bundan sonra da motivasiya tapacağıq".
O, "Bayer"i bu görüşdən sonra daha da yaxından analiz edəcəklərini bildirib: "Fərdi olaraq bütün oyunçular imkan tapdıqda izləyirlər. Ümumiyyətlə isə onlar bizə tanışdırlar. Bu oyundan sonra hazırlıq mərhələsində daha yaxından tanış olacağıq. Məşqçilər rəqib haqda daha çox məlumat verəcəklər".
"Qarabağ"ın müdafiəçisi "Bayer"lə qrup mərhələsindəki oyundan sonra hər iki komandanın gücləndiyini bildirib: "Düşünürəm ki, daha yaxşı olublar. Biz də daha çox inkişaf etmişik. Hesab edirəm, bizi daha maraqlı və daha gərgin oyun gözləyir".
Burak Yılmaz rəsmən klubundan ayrıldı
Poqba bu klubla razılaşdı
UFC Bakının qalibindən daha bir “Qarabağ” paylaşımı - Şəkil
“Heç kimə yer zəmanəti yoxdur” - Deko ter Ştegendən danışdı
“PSJ-nin uğur layihəsində mənim də payım var”
"Fiorentina" onunla anlaşdı
"Barselona"nın yeni transferi təhdidlərlə üzləşdi
Deko Uilyamsla aparılan danışıqları təsdiqlədi
"Liverpul"dan "Bayer"ə
Azərbaycan cüdoçuları Avropa Kubokuna 5 medalla başladılar
"Belə nəticələr olduqda yaxın gələcəyə inamla baxırıq"
"Kəpəz"in yay hazırlığı harda olacaq?
İspaniya millisinin sabiq üzvü klubsuz qaldı
Çempionluq oyununda faciə
Prezidentin ailə üzvləri UFC döyüşlərini izləyib - Şəkillər
"Bu futbolçularla çox şeyə nail ola bilərik" - Aqil Nəbiyev
Patrik Andrade Azərbaycanda bu kluba transfer olundu - Rəsmi
Azərbaycan klubundan ayrıldı, Cənubi Koreyada oynayacaq
"Araz-Naxçıvan"dan 4-cü transfer
Nazimin əzmkar qələbəsi - Video
"27 oyunçuya ehtiyac yoxdur, bəziləri gedəcək” - Qvardiola
"İnter" və "Borussiya"dan qələbə
24 il sonra La Liqaya qayıtdılar
Bakıdakı UFC-də əsas döyüşün qalibi məlum oldu - Yenilənib
Rafael Fiziyevdən qələbə
Tofiq Musayev məğlub oldu
Nazim Sadıxov nokautla qalib gəldi
“Bu, Nikoya olan münasibətimizə təsir etməyəcək"
"Barselona" İsveç millisinin üzvü ilə danışıqlara başladı
"Yamalın etdiklərini sözlə ifadə etmək çətindir"
Millimiz Moldova yığmasına yenə qalib gəldi
"Arsenal" ona əvəz tapdı
Alonso Vinisiusdan bunu tələb etdi
"Bavariya" "Barselona"nı ötmək istəyir
"Milan" Leau üçün qiymət qoydu
"Napoli" onu hədəflədi
"Lamin Yamal əfsanə olacaq"
Qalib qəzet və saytların adları açıqlanıb
"Sabah" yeni futbolçu aldı
"Karvan" legioneri ilə yolları ayırdı
Azərbaycan Avropa çempionatına 39 güləşçi ilə qatılır
Pedrodan "Qarabağ"a transferi ilə bağlı - İlk açıqlama
"Sabah"ın "Selye" ilə oyunlarının vaxtı açıqlandı