«Bakı» klubunun rəhbərliyi hesab edir ki, dünən Unibank Premyer Liqasında «Neftçi»yə qarşı keçirilən oyunda hakimin yanlış qərarları komandalarının məğlubiyyətinə gətirib çıxarıb.
Bu haqda Qol.Az-ın müxbiri ilə söhbətdə klubun vitse-prezidenti Zeynal Məmmədov bildirib.
«Mən bu gün saytlarda da oyunun videoyazısına baxdım. Bir daha təsdiq olundu ki, oyunun 12-ci dəqiqəsində öz cərimə meydançasında hücumçumuz Jabanı yıxan «Neftçi»nin qapıçısı Rauf Mehdiyev açıq-aşkar qayda pozuntusuna yol verib. Rauf Mehdiyevə həmin epizodda qırmızı vərəqə göstərilməliydi. Təsəvvür edin, əgər hakim qapıçını meydandan qovsaydı, oyunun gedişatı necə dəyişəcəkdi. Biz penaltidən hesabı bərabərləşdirə bilərdik. Üstəlik, rəqib 10 nəfərlə qalacaqdı. Biz yan xətt hakimi Eldar Nağıbəyovun verdiyi bəzi qərarlardan da narazıyıq» - deyə Zeynal Məmmədov bildirib.
«Bakı» rəsmisi baş verənlərlə bağlı AFFA-ya şikayət etməyəcəklərini söyləyib: «Şikayətin nə mənası var? Məgər, matçın nəticəsi dəyişəcək ya təzədən oyun keçiriləcək?. Mən hər şeyi hakimlərin öz vicdanının öhdəsinə buraxıram. Demək istəmirəm ki, bizə qarşı qərəz var idi. Çoz arzu edirəm ki, bu, qərəz yox, sadəcə, səhv olsun».
Zeynal Məmmədov dünənki məğlubiyyətə baxmayaraq, «Bakı»nın mükafatçılar sırasına düşmək şansının hələ qaldığını bildirib: «Hələ qarşıda doqquz oyun var. Bütün rəqiblərin səviyyəsi eynidir. Dünən «Neftçi»ylə oyunun ikinci hissəsində elə bil meydanda rəqib yox idi».
«Bakı»nın vitse-prezidenti Aleksandr Starkovun gəlişindən sonra komandalarının oyununda müsbətə doğru dəyişiklərin nəzərə çarpdığını da deyib. «Amma təəssüf ki, hələ də zədəli futbolçularımız var» - deyə o vurğulayıb.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu