UEFA Avropa Liqasının qrup və pley-off mərhələsinin statistik göstəricilərini açıqlayıb.
QOL.az xəbər verir ki, Azərbaycanın bu yarışda uğurla təmsil edən və 1/8 finalda oynamaq hüququ qazanan "Qarabağ" və onun bəzi futbolçuları statistikada bir sıra göstəricilərdə TOP-5-də yer alıb.
Ən çox hücum edən komandalar sırasında "Qarabağ" "Liverpul"la birgə 3-4-cü yeri tutur. İngilislər kimi Ağdam təmsilçisi dəfə 288 dəfə hücum edib. Bu göstəricidə sıralamada ilk iki yeri "Frayburq" (331 dəfə) və "Sportinq" (325 dəfə) tutur.

"Qarabağ" ın ən çox qol imkanı yaradan komandalar (6 dəfə) sırasında isə 2-ci yeri tutur. "Sportinq" 1-ci (9 dəfə), "Frayburq", "Molde" və "Renn" (hərəyə 5 dəfə) isə 3-5-ci yerləti tuturlar.
"Qarabağ" ən çox cərimə zərbələri yetirən komanları sırasında 5-cidir (107 dəfə).
"Qarabağ" ən çox ofsayda düşdüyünə görə (18 dəfə) 4-cü yerdə qərarlaşıb. İlk pilləni LASK tutur (22 dəfə).
Bundan başqa, Ağdam təmsilçisi 14 qol buraxmaqla TOP-5-i tamamlayır. Qurban Qurbanovun komandası 13 qol vurmaqla isə 10-cu yeri tutur (ilk pillədə 20 qolla "Frayburq").
Ən çox seyv edən komandaların (37 dəfə) sıralamasına isə Azərbaycan çempionu başçılıq edir.
"Qarabağ" intizam baxımından problem yaşayan komandalar sırasındadır. Ağdam təmsilçisini 25 dəfə sarı vərəqə alıb ki, bu göstəricidə onlar "Tuluza"dan (28 dəfə) sonra 2-ci yeri tuturlar. Bundan başqa, onlar 2 dəfə qırmızı vərəqə də alıblar. Bu göstəricidə "Qarabağ" TOP-5-də 5-ci yeri tutur.
"Qarabağ" rəqibə qarşı ən çox qayda pozutusuna yol vermiş komandalar sırasında isə "Roma" ilə birgə 1-2-cidir (hərəyə 105 dəfə). Ağdam təmsilçisinə qarşı isə 100 dəfə qayda pozutusuna yol verilib. Bu göstəricidə bizimkilər 4-cü yeri tuturlar (ilk pillədə "Sportinq" - 117 dəfə).
Futbolçulara gəlincə....
Meydanda ən uzun müddət qalan oyunçular sırasında Andrey Lunyov 3-cü (745 dəqiqə, 8 oyun), Abdullah Zubir 4-cü (741 dəqiqə, 8 oyun, 2 qol, 1 qol ötürməsi), Marko Yankoviç isə 6-cıdır (722 dəqiqə, 8 oyun, 1 qol).
Rəqiblərinin ən çox qayda pozuntusu ilə dayandırdığı futbolçular sırasında isə Yankoviç 1-ci yerdədir. Ona qarşı 24 dəfə fol edilib.

Seyv sayına görə (37) Lunyov TOP-5-ə başçılıq edir.
Qayda pozuntularına görə Julio Romao "Şturm"dan Yon Stankoviçlə birgə (hərəyə 17 dəfə) birinci-ikinci yerdədir. Bundan başqa, Romao 7 oyuna 5 sarı vərəqə alıb ki, bu göstəricidə isə o, 1-ci yeri tutur. Julio Romao topu ələ keçirmək sayında (27 dəfə) hamını qabaqlayaraq birinci olub.

Ən çox ötürmə edənlər sırasında Marko Yankoviç də yer alıb. O, 446 ötürmə ilə 5-ci yeri tutub. Monteneqrolu yarımmüdafiəçinin ötürmələrinin 86,7 faizi dəqiq olub. Yankoviç topa ən çox sahib olanların (537 dəfə) və ən çox cərimə zərbəsi yerinə yetirənlərin (23) sırasında 4-cüdür. Lunyov isə 25 dəfə cərimə zərbəsi yerinə yetirməklə 2-ci yeri tutur.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı