Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts dünən keçirilən “Bakı” – “Neftçi” oyunundan sonra jurnalistlərə müsahibə verib.
- Bu gün qol vuran komanda qələbə qazandı. Oyunda daha çox qol imkanları gözləyirdik. Təəssüf ki, bunu görmədik. "Bakı" səhvə yol verdi və "Neftçi" də bundan istifadə etdi.
- AZAL - "Xəzər Lənkəran" oyunu haqda nə fikirdəsiniz?
- Qarşılaşmanın ilk hissəsində Lənkəran klubu üstün oyun nümayiş etdirdi. Ancaq "Xəzər Lənkəran" imkanlarını boşa verdi. Futbolda səhv edən zaman isə rəqib bağışlamır. AZAL da "Xəzər Lənkəran"ın səhvindən istifadə edərək qələbə qolunu vurdu.
- Elnur Abdullayevi milli komandaya dəvət edəcəksinizmi?
- Bu futbolçunun iki dəfə oyununu izləmişəm: həm kubok, həm də çempionat qarşılaşmasında. Onun milli komandaya dəvət olunub-olunmayacağını gələcək göstərəcək.
- Yığmanın əsasını təşkil edən "Qarabağ"ın oyunçuları "İnter"lə qarşılaşmada necə təsir bağışladılar?
- Oyun çox sürətli və maraqlı alındı. "Qarabağ" "İnter"dən üstün oyun göstərdi. Bu komanda qələbəyə layiq idi. Buna görə "Qarabağ"ı təbrik edirəm. Milli komandanın üzvlərinə gəlincə, mən onlar haqda mətbuata heç bir açıqlama vermirəm. Mən yığmanın oyunçularından çox şey gözləyirəm, nəinki legionerlərdən.
- Martın 18-də Lənkəranda keçiriləcək "Böyük oyunu" izləyəcəksinizmi?
- Xeyr. Təəssüf ki, alman televiziyası "Xəzər Lənkəran" – "Neftçi" oyununu göstərməyəcək.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu