İspaniya La Liqasının növbəti tura martın 14-də keçirilmiş "Xetafe" - "Atletik" matçı ilə yekun vurulub. Qol.Az-ın məlumatına görə, görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib.
Qollardan 3-ünü ""Xetafe"nin futbolçusu Manu vurub. O, "Atletik"in qapısına 2, öz qapısına isə 1 dəfə yol tapıb.
Əvvəlki oyunlara gəldikdə, "Barselona" xal itkisi ilə üzləşib. Kataloniyalılar səfərdə "Sevilya"nı yenə bilməyiblər. Hesabı ilk yarıda "Barsa" açsa da, ikinci hissənin əvvəllərində "Sevilya" bərabərlik qolunu vurub. Əvəzində "Real Madrid" ilk oyun günündə "Erkules" üzərində inamlı qələbə qazanıb. Primeranın bombardiri Kriştianu Ronaldunun zədə üzündən oynamadığı görüşdə meydan sahiblərinin hər 2 qolunu Kərim Benzema vurub. Bununla da lider "Barselona" ilə ən yaxın izləyicisi "Real Madrid" arasında xal fərqi 5-ə enib.
"Valensiya" ilk böyük hesablı məğlubiyyətini səfərdə "Saraqosa"dan alıb. "Almeriya" ilə səfər matçında isə Serxio Aqueronun qolları "Atletiko"ya kömək etməyib.
İspaniya çempionatı, 28-ci tur12 mart
"Almeriya" - "Atletiko" - 2:2
Qollar: Albert Krusat, 49. Xenok Qoytom, 77 - Serxio Aquero, 39; 61
"Real Madrid" - "Erkules" - 2:0
Qollar: Kərim Benzema, 24; 56
"Saraqosa" - "Valensiya" - 4:0
Qollar: İrji Yaroşik, 5. Ander, 40. Qabi, 65-pen.; 75
Qırmızı vərəqə: Marius Stankyaviçyus, 64 ("Valensiya)
13 mart
"Osasuna" - "Rasinq" - 3:1
Qollar: Kike Sola, 20. Cavad Nekunam, 24-pen. Fernando Soryano, 50 - Markus Rozenberq, 52
Qırmızı vərəqə: Fernando Soryano, 75 ("Osasuna")
"Real Sosyedad" - "Malaqa" - 0:2
Qollar: Duda, 25. Salomon Rondon, 58
"Espanyol" - "Deportivo" - 2:0
Qollar: İvan Alonso, 62. Xoan Verdu, 81
Qırmızı vərəqə: Pablo Alvares, 42 ("Deportivo")
"Levante" - "Malyorka" - 1:1
Qollar: Xuanlu, 37 - İvan Ramis, 60
"Vilyarreal" - "Sportinq" - 1:1
Qollar: Cüzeppe Rossi, 29 - Dieqo Kastro, 90-pen.
Qırmızı vərəqələr: Xose Anxel, 66. Rafael Sastre, 90 (hər ikisi "Sportinq")
"Sevilya" - "Barselona" - 1:1
Qollar: Xesus Navas, 49 - Boyan Krkiç, 30
14 mart
"Xetafe" - "Atletik" - 2:2
Qollar: Manu, 58; 84 - Manu, 69-avt. Urko Vera, 90
|
Komandalar |
O |
Q |
H |
M |
T |
X |
| 1. |
Barselona |
28 |
24 |
3 |
1 |
79-14 |
75 |
| 2. |
Real Madrid |
28 |
22 |
4 |
2 |
67-20 |
70 |
| 3. |
Valensiya |
28 |
16 |
6 |
6 |
42-32 |
54 |
| 4. |
Vilyarreal |
28 |
15 |
6 |
7 |
47-30 |
51 |
| 5. |
Espanyol |
28 |
14 |
1 |
13 |
37-39 |
43 |
| 6. |
Atletik |
28 |
13 |
3 |
12 |
44-40 |
42 |
| 7. |
Sevilya |
28 |
11 |
6 |
11 |
42-43 |
39 |
| 8. |
Atletiko |
28 |
11 |
6 |
11 |
41-37 |
39 |
| 9. |
Malyorka |
28 |
10 |
5 |
13 |
29-38 |
35 |
| 10. |
Real Sosyedad |
28 |
11 |
2 |
15 |
38-46 |
35 |
| 11. |
Xetafe |
28 |
9 |
7 |
12 |
38-43 |
34 |
| 12. |
Levante |
28 |
9 |
5 |
14 |
29-39 |
32 |
| 13. |
Osasuna |
28 |
8 |
8 |
12 |
30-33 |
32 |
| 14. |
Deportivo |
28 |
7 |
10 |
11 |
23-38 |
31 |
| 15. |
Rasinq |
28 |
7 |
9 |
12 |
26-42 |
30 |
| 16. |
Saraqosa |
28 |
7 |
9 |
12 |
28-39 |
30 |
| 17. |
Sportinq |
28 |
6 |
11 |
11 |
26-35 |
29 |
| 18. |
Almeriya |
28 |
5 |
11 |
12 |
30-47 |
26 |
| 19. |
Erkules |
28 |
7 |
5 |
16 |
25-43 |
26 |
| 20. |
Malaqa |
28 |
7 |
5 |
16 |
36-59 |
26 |
Bombardirlər: Lionel Messi ("Barselona"), Kriştianu Ronaldu ("Real") - 27 top.