"Əvvəlcə "Qarabağ"a uğurlar arzu edirəm. Açığı, "Qarabağ"dan yaxşı oyun gözləyirəm".
Bu sözləri QOL.az saytına açıqlamasında futbol mütəxəssisi Yunis Hüseynov deyib. O, "Qarabağ"ın bu gün Avropa Liqasının pley-off mərhələsində "Braqa"ya qarşı keçirəcəyi ilk oyun haqqında fikirlərini bölüşüb.
Y.Hüseynov səfər görüşünün çətin keçəcəyini vurğulayıb: "Braqa" güclü bir komandadır. Portuqaliyada 3-4-cü pillələrdə gedirlər. Ona görə də oyun çətin olacaq. Amma "Qarabağ" ilk dəfə Avropa Liqasını pley-off mərhələsinə vəsiqə qazanıb. Buna görə də komanda maksimum mübarizə aparacaq. "Qarabağ" açıq futbol oynayan komandalara qarşı daha yaxşı oyun nümayiş etdirir. "Braqa" da açıq oynayan komadadır və boşluqlar verə bilər. "Qarabağ" səfər görüşlərində möhtəşəm əks-hücumlar edir. Məncə, "Qarabağ" əla oyun göstərəcək. Favorit məsələsindən danışsaq, Qurban Qurbanov da çıxışında favorit kimi "Braqa"nı göstərmişdi. Açığı, bu oyundan yaxşı nəticə gözləyirəm".
Mütəxəssis səfərdə heç-heçənin "Qarabağ" üçün sərfəli nəticə sayılacağını qeyd edib: "Mənə elə gəlir ki, heç-heçə yaxşı nəticə olacaq. Çünki cavab oyunu Bakıda keçiriləcək. "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda, öz azarkeşləri qarşısında möhtəşəm oynayır. Mən inanıram ki, "Qarabağ" Bakıda "Braqa"ya qalib gələcək. Buna şübhəm yoxdur. Respublika stadionunda azarkeşlərlə futbolçuların arasındakı məsafə çox az olur. Buna görə də futbolçular özlərini çox rahat hiss edirlər".
O, bugünkü səfər oyununda 1/8 final mərhələsinə vəsiqənin taleyinin həll olunacağını söyləyib: "Bugünkü oyundan çox şey asılıdır. Bu gün sərfəli nəticə qazanmaq lazımdır. Mərhələnin taleyi bugünkü görüşdə həll olunacaq. Əgər bu gün "Qarabağ" sərfəli nəticə əldə etsə, mərhələni keçəcək".
Nur Zeynalova
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər