"Dinamo" Mahiri Konfrans Liqası üçün sifariş etdi

"Dinamo" Mahiri Konfrans Liqası üçün sifariş etdi
XƏBƏR 7 Fevral 2024 / 17:52 2421
-  A +

"Dinamo" (Zaqreb) Konfrans Liqasının pley-off mərhələsində "Betis"ə qarşı keçirəcəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb. 

QOL.az xəbər verir ki, Zaqreb təmsilçisi ümumilikdə 28 futbolçu sifariş edib.

Onların arasında Azərbaycan millisinin üzvü Mahir Emreli də var.  Lakin 26 yaşlı hücumçunun zədə səbəbindən "Betis"ə qarşı oyunları buraxacağı gözlənilir.

 "Dinamo" "Betis"lə ilk matçını fevralın 15-də, cavab oyununu isə fevralın 22-də keçirəcək.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner