Musa Qurbanlının komandası yoxlama oyununda uduzdu

Musa Qurbanlının komandası yoxlama oyununda uduzdu
XƏBƏR 7 Fevral 2024 / 10:35 1683
-  A +

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının çıxış etdiyi "Yurqorden" (İsveç) yoxlama oyunu keçirib.

QOL.az xəbər verir ki, Kanar adalarında təlim-məşq toplanışında olan komanda İsveçin digər yüksək liqa təmsilçisi "Myallbu" ilə qarşılaşıb. Oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Musa Qurbanlı fasilədən sonra meydana daxil olub və sona qədər oynayıb.

Qeyd edək ki, İsveçdə daxili çempionata ötən ilin noyabr ayında yekun vurulub. “Yurqorden” 4-cü yeri tutub. Yeni mövsümə isə martın 31-də start veriləcək. 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner