Millimizin sabiq üzvü komanda yoldaşını vurduğu üçün cəzalandırılıb

Millimizin sabiq üzvü komanda yoldaşını vurduğu üçün cəzalandırılıb
XƏBƏR 1 Fevral 2024 / 13:44 3322
-  A +

Yanvarın 27-i keçirilən əvəzedicilər liqasının XX turunun “Turan Tovuz-2” – “Səbail-2” oyununda qalmaqal baş verib.

QOL.az xəbər verir ki, hadisə ilə əlaqədar AFFA İntizam Komitəsi qərar verib. Qərarda qeyd edilir ki, matçın 72-ci dəqiqəsində “Turan Tovuz-2”nin futbolçusu Budaq Nəsirov təcavüzkar davranışa (komanda yoldaşını vurduğu üçün) görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən o, 4 oyunluq cəzalanıb.

“Turan Tovuz-2” komandası 300 manat cərimə edilir.

Qeyd edək ki, 27 yaşlı B.Nəsirov Azərbaycanın U-21 və U-19 komandalarında da oynayıb. O, Robert Prosineçkinin dövründə əsas milliyə də dəvət alıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner