"Neftçi"nin legionerinin komandası Asiya Kubokunda mübarizəni dayandırdı

"Neftçi"nin legionerinin komandası Asiya Kubokunda mübarizəni dayandırdı
XƏBƏR 29 Yanvar 2024 / 22:11 2523
-  A +

Asiya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

QOL.az xəbər verir ki, "Neftçi"nin futbolçusu Ataa Caberin formasını geyindiyi Fələstin millisi Qətərlə qarşılaşıb. Matç Qətərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Fələstin yığması Asiya Kuboku ilə vidalaşıb.

Qətər - Fələstin - 2:1
Qollar
: Dabbaq, 37 (1:0), Al-Haydos, 45+6 (1:1), Afif, 49 (2:1)

Ataa Caber bu matçda iştirak etməyib. Onun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner