Musa Qurbanlının komanda yoldaşı "Barselona"ya keçir

Musa Qurbanlının komanda yoldaşı "Barselona"ya keçir
XƏBƏR 29 Yanvar 2024 / 11:11 3132
-  A +

"Barselona" Azərbaycan millsinin hücumçusu Musa Qurbanlının da çıxış etdiyi İsveçin "Yurqorden” klubunun futbolçusu Lukas Berqvallı heyətinə cəlb edəcək.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, tərəflərin razılığa gəldiyini və yaxın günlərdə müqavilə imzalanacağını bildirib. 17 yaşlı istedadlı yarımmüdafiəçi "Barselona"ya yayda qoşulacaq.

Qeyd edək ki, Lukas Berqvall “Yurqorden”də 2023-cü ilin fevralından çıxış edir. O, bu müddətdə 29 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner