"Xəzər Lənkəran" klubu dünən "Neftçi"yə qarşı keçirilmiş oyundan sonra paytaxt komandasının hakimlərin ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirib.
Qeyd edək ki, "Neftçi"nin rəsmiləri bəyan edib ki, baş hakim Vüsal Əliyev klubun yarımfinala çıxmasını istəməyib və oyunun nəticəsinə təsir edən səhvlərə yol verib.
Qol.Az-ın müxbiri ilə söhbətində "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov bildirib ki, onlar özü də hakimlikdən narazıdırlar: "Məgər hakim bizimlə bağlı müsbət qərarlar verdi ki? Rəqibin futbolçusu qapıçımız Kamran Ağayevi vursa da, ona qırmızı vərəqə göstərilmədi. Futbolçumuzun sifətinə zərbə endirilir, idmançıya yaraşmayan hərəkətə yol verilir, amma hakim susur. Ona qalsa, biz də çox misallar çəkə bilərik. Amma mən deyə bilmərəm ki, hakim qərəzli idarəçilik etdi. Düzdür, dediyim kimi, səhvləri oldu. Amma elə anlar oldu ki, referi bizə qarşı daha çox haqsızlıq etdi".
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu