Bundesliqanın lideri hücumçu ilə razılaşdı

Bundesliqanın lideri hücumçu ilə razılaşdı
XƏBƏR 24 Yanvar 2024 / 11:28 2264
-  A +

"Bayer" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

QOL.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Betis"dən Borxe İqlesias ilə razılaşıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bundesliqa klubu 31 yaşlı hücumçunu icarəyə götürəcək. Forvardla 6 aylıq sözləşmə imzalanacaq. Müqaviləyə satın alma hüququ daxil olmayacaq.

Qeyd edək ki, Borxa bu mövsüm 18 oyunda (871 dəqiqə) 2 qol vurub və 2 qolun ötürməsini verib.

Xatırladaq ki, "Bayer" hazırda Bundesliqanın turnir cədvəlində 48 xalla liderdir.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner