"Qəbələ"nin futbolçusu ilə bağlı yeni qərar

"Qəbələ"nin futbolçusu ilə bağlı yeni qərar
XƏBƏR 17 Yanvar 2024 / 17:59 2255
-  A +

AFFA “Qəbələ”nin futbolçusu Samuel Tettehin cəzalandırılması ilə bağlı klubun şikayətini təmin etməyib. 

QOL.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı qanalı hücumçu ilə bağlı AFFA İntizam Komitəsinin 2-si şərti olmaqla 4 oyunluq diskvalifikasiya qərarını qüvvədə saxlayıb.

Tetteh Azərbaycan Premyer Liqasının 17-ci turunda “Səbail”lə keçirilən görüşün 36-cı dəqiqəsində rəqibə zərbə endirdiyi üçün qırmızı vərəqə almışdı. Klub 27 yaşlı forvard üçün apellyasiya şikayəti versə də, bu, təmin edilməyib.

"Qəbələ"nin Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququ var.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner