"Napoli" yarımmüdafiəçi ilə razılığa gəldi

"Napoli" yarımmüdafiəçi ilə razılığa gəldi
XƏBƏR 17 Yanvar 2024 / 15:16 1271
-  A +

"Napoli" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə insayder Nikola Şkira məlumat yayıb. A seriyası təmsilçisi "Fiorentina"dan çexiyalı hücumameyilli yarımmüdafiəçi Antonin Barak ilə razılığa gəlib. 

“Napoli” 29 yaşlı futbolçunu mövsümün sonuna qədər icarəyə götürəcək. Sözləşməyə əsasən, "Napoli" oyunçunu birdəfəlik ala bilmək haqqına da sahib olacaq.

Qeyd edək ki, Barak bu mövsüm 14 matçda (596 dəqiqə) meydana çıxıb və 1 qol vurub.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner