Vanda Nara: "İkardi qadınlarla danışmaq üçün 4 telefon işlədirdi"

Vanda Nara: "İkardi qadınlarla danışmaq üçün 4 telefon işlədirdi"
XƏBƏR 17 Yanvar 2024 / 13:35 3559
-  A +

"Qalatasaray"ın hücumçusu Mauro İkardinin həyat yoldaşı olan Vanda Nara argentinalı futbolçu haqqında maraqlı açıqlama verib.

QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, forvardın müxtəlif qadınlarla əlaqə saxlamaq üçün eyni anda dörd telefondan istifadə etdiyini bildirib:

“Onun 4 telefonu var idi. Qadınları qitələrə görə bölürdü. Bu, əsl dəlilikdir. Bir telefon “yaxşı” idi, klubdan zəng edirdilər, cavab verirdim. Qalanları qadınlar üçün nəzərdə tutulmuşdu”.

Qeyd edək ki, İkardi 2022-ci ildən "Qalatasaray"da çıxış edir. Argentinalı hücumçu karyerası ərzində “İnter”, PSJ və “Sampdoriya”da da oynayıb. 

Xatırladaq ki, Vanda Nara həm də İkardinin meneceridir.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner