"Bayer"in futbolçusu ilin ən yaxşısı seçildi

"Bayer"in futbolçusu ilin ən yaxşısı seçildi
XƏBƏR 17 Yanvar 2024 / 11:58 1768
-  A +

"Bayer"in yarımmüdafiəçisi Qranit Caka İsveçrədə 2023-cü ilin ən yaxşı oyunçusu seçilib.

QOL.az xəbər verir ki, 31 yaşlı futbolçu karyerasında ardıcıl 2-ci, ümumilikdə isə üçüncü dəfə bu mükafata layiq görülüb. O, 2017 və 2022-ci illərdə də ən yaxşı seçilib.

Qeyd edək ki, Caka 2023-cü ilin yayından "Bayer"də oynayır. Bu mövsüm o, 24 oyun keçirib və 1 qolun ötürməsini verib.

Caka bu mövsüm Avropa Liqasının qrup mərhələsində hər iki görüşdə "Qarabağ"a qarşı mübarizə aparıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner