Messinin komandasının oyununa biletlər 6 dəqiqəyə satıldı

Messinin komandasının oyununa biletlər 6 dəqiqəyə satıldı
XƏBƏR 13 Yanvar 2024 / 15:58 2231
-  A +

Məşhur futbolçu Lionel Messinin də formasını geyindiyi "İnter Mayami"nin səfərdə “Los-Anceles Qalaksi”yə  qarşı keçirəcəyi matç böyük marağa səbəb olub.

QOL.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Sözügedən görüşün biletləri cəmi 6 dəqiqə ərzində satılıb. İndi satışda yalnız ön cərgə üçün biletlər qalıb. Bu biletlərin qiyməti isə 1500 dollardır.

Qeyd edək ki, “Los-Anceles Qalaksi” - "İnter Mayami" matçı fevralın 6-da keçiriləcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner