“Fənərbaxça” “Neftçi”nin sabiq hücumçusuna təklif göndərib

“Fənərbaxça” “Neftçi”nin sabiq hücumçusuna təklif göndərib
XƏBƏR 12 Yanvar 2024 / 19:44 7263
-  A +

"Partizan"ın direktoru Miloş Vazura futbolçusu Mateus Saldanyaya "Fənərbaxça"dan təklif gəlməsi barədə danışıb.

QOL.az telegraf.rs-ə istinadən xəbər verir ki, o, İstanbul təmsilçisinin 24 yaşlı hücumçuya görə rəsmi təklif ünvanladığını təsdiqləyib, lakin forvardın komandadan ayrılmayacağını dilə gətirib: 

"Mateus Saldanya da daxil olmaqla, "Partizan"dakı oyunçular satılmır. Türkiyə klubunun və digər klubların təklifləri ilə maraqlanmırıq. Biz mövsümün qalan hissəsi üçün işləri davam etdiririk".

Qeyd edək ki, Saldanya 2023-cü ilin yanvar ayından iyul ayınadək "Neftçi"də oynayıb. Daha sonra Bakı klubu intizamsız davranışlarına görə futbolçu ilə vidalaşıb. Mateus isə karyerasına Serbiya "Partizan"ında davam edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner