Türkiyə Superliqasında legioner limiti dəyişdirildi

Türkiyə Superliqasında legioner limiti dəyişdirildi
XƏBƏR 11 Yanvar 2024 / 13:55 2944
-  A +

Türkiyə Futbol Federasiyası ölkə Superliqasında legioner limitini dəyişib.

QOL.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Artıq 2024/2025 mövsümündən etibarən klubların tərkibindəki legionerlərin sayı 14-dən 12-yə endiriləcək. Bildirilir ki, bu say 2027/28 və 2028/29 mövsümlərində 11-ə düşəcək. 

Oyun günü iştirak ərizəsində limit tətbiq edilməyəcək. Lakin əsas komandanın iştirak ərizəsində ümumi oyunçu sayı üçün limit 30-dan 26-ya endirilib.

Bundan əlavə, əsas komandanın siyahısına daxil ediləcək 14 yerli futbolçudan ilk 3 mövsümdə ən azı ikisi, sonrakı mövsümdə isə ən az üçü klubların öz akademiyalarında yetişdirdiyi futbolçular olmalıdır.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner