"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola zədəli oyunçuları Kevin De Brüyne, Erlinq Haaland və Ceremi Dokunun durumu ilə bağlı danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis deyib:
“Onlar son iki-üç məşqi bizimlə keçirdilər. Ceremi çox yaxşıdır, Kevin də. De Brüyne uzun müddətdir ki, sıradan çıxıb, ona görə də səbirli olmalıyıq. Erlinq də özünü daha yaxşı hiss edir. Amma onunla diqqətli olmalıyıq. Onların "Nyukasl"la matçda iştirak edib-etməyəcəklərini bilmirəm, amma qalan oyunlara hazır olacaqlar”.
Qeyd edək ki, De Brüyne ötən ilin avqust ayında bud nahiyəsindən zədə almışdı. Haaland dekabr ayında ayağından zədələnib. Doku isə həmin ay əzələ zədəsi alıb.
Əlavə edək ki, hazırda "Mançester Siti" Premyer Liqanın turnir cədvəlində 40 xalla 3-cüdür. Yanvarın 13-də komanda səfərdə “Nyukasl”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Niderland da 100-ü keçdi
“Zirə”dən yeni transfer
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır