Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan "Qarabağ" klubu bu gün yoxlama matçı keçirib. Qol.Az-ın məlumatına görə, Ağdam komandasının rəqibi Rusiyanın I divizionunda çıxış edən "SKA-Energiya" olub.
Oyunun əvvəllərində "Qarabağ" hesabda geri düşsə də, dalbadal 3 qol vuraraq, qələbə qazanıb - 3:1. Qurban Qurbanovun komandasından ilk qolu Əfran İsmayılov vurub. Qalan iki qola isə ikinci hissədə oyuna daxil olan futbolçular - Nderim Nedzipi və Vüqar Nadirov imza atıb.
"SKA-Energiya" ilə qış hazırlığı dövründə "Neftçi" də qarşılaşıb. Yanvarın 19-da keçirilmiş görüş heç-heçə nəticələnib - 1:1.
"Qarabağ" - "SKA-Energiya" - 3:1
"Qarabağ"ın start heyəti: Bojan Pavloviç, Qara Qarayev, Rəşad Sadıqov (Nderim Nedzipi, 60), Admir Teli, Ansi Aqolli, Namiq Yusifov (Zaur Həşimov, 60), Samir Abasov, Rəşad Sadiqov, Əfran İsmayılov (Elvin Məmmədov, 60), Georgi Adamiya (Andrey Rubins, 60), Rauf Əliyev (Vüqar Nadirov, 46)
17-ci dəqiqədə "SKA-Energiya" hesabı açdı. Sərbəst vuruşdan sonra ruslar başla dəqiq oynadılar - 0:1.
40-cı dəqiqədə Ansi Aqollinin sol cinahdan ötürməsindən sonra Əfran İsmayılov hesabı bərabərləşdirdi - 1:1
48-ci dəqiqədə künc zərbəsindən sonra "SKA-Energiya" müdafiəçiləri qapıya gedən topu əllə saxlasalar da, hakim penalti vermir.
Oyuna sonradan daxl olanlar 75-ci dəqiqədə 2-ci qolu təşkil edirlər. Andrey Rubinsin sol cinahdan ötürməsi zamanı Nderim Nedzipi cərimə meydançasının üzərində topu saxlamadan tora göndərir - 2:1
80-ci dəqiqədə "Qarabağ" daha bir qol vurur. Vüqar Nadirov cərimə meydançasından təxməninən 5 metr geridən topu düz "9-luğ"a göndərir - 3:1.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu