Azərbaycan voleybol millisi Ukraynaya uduzdu

Azərbaycan voleybol millisi Ukraynaya uduzdu
XƏBƏR 5 Yanvar 2024 / 18:26 1647
-  A +

Azərbaycanın qızlardan ibarət millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçiliyi etdiyi komanda 3-cü görüşündə Ukrayna ilə qarşılaşıb. Matç Azərbaycan yığmasının 0:3 (12:25, 6:25, 10:25) hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki 2 oyunda Estoniya və Latviyaya da eyni hesabla uduzub. U-20 sabah Litva, yanvarın 7-də isə Polşa milliləri ilə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, yanvarın 7-nə qədər davam edəcək yarış Avro-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner