Albaniyadakı çıxışıma görə çoxlu təklif almağım çox xoş oldu.
QOL.az xəbər verir ki, bu sözləri Albaniyanın "Eqnatiya" klubunu Türkiyənin 1-ci Liqa təmsilçisi "Boluspor"a dəyişən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli deyib.
28 yaşlı hücumameyilli yarımmüdafiəçi Bolu təmsilçisindən ilk təklifin üç ay əvvəl gəldiyini bildirib: "Türkiyədən bir sıra komandalar mənimlə maraqlanırdı. Özüm də qardaş ölkəyə qayıtmaq istəyirdim. "Boluspor" rəsmiləri Albaniya çempionatında "Partizani"yə qarşı oyunu izləməyə gəlmişdilər. O görüşdən sonra rəsmi təklif göndərdilər. Yenidən Türkiyəyə qayıtmaq çox xoş oldu".
Albaniya klubundan ayrılmağının səbəbini də açıqlayan futbolçu əlavə edib: "Eqnatiya" rəhbərliyi komandadan getməyimi istəmirdi. Hətta bəzi azarkeşlər dedilər ki, qol vurursan, yaxşı oyun sərgiləyirsən, niyə ayrılırsan? Səbəb stadionlarda olan şərait və dil problemi idi. Türkiyə çempionatında ən azı Albaniyadakı qədər uğurlu olmağa çalışacağam".
Türkiyədə "Keçiörəngücü" klubunda çıxış etdiyi dövrdən bu liqanı yaxşı tanıdığını deyən V.İsgəndərli yenidən özünü sübut edəcəyini söyləyib: "Türkiyədəki ilk mövsümüm uğurlu alınmışdı. Sadəcə, bir ay tez Azərbaycana qayıtmışdım. Bu da bəzi səbəblərlə bağlı idi".
Hazırda ölkə çempionatında 22 xalla 10-cu yerdə qərarlaşan "Boluspor"un vəziyyətinə də toxunan milli üzvü deyib: "Çox yaxşı məşqçi və oyunçularımız var. Onuncu yerdə olsaq da, yuxarı pillələrdə yer alan komandalarla xal fərqi elə də böyük deyil. Yaxşı yerlər uğrunda mübarizə aparmağa çalışacağıq".
Qeyd edək ki, Vüsal İsgəndərli "Boluspor"la 1.5 illik müqavilə imzalayıb. (Azərtac)
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu
Qol vurandan sonra huşunu itirdi