Azərbaycan voleybol yığması Estoniyaya uduzdu

Azərbaycan voleybol yığması Estoniyaya uduzdu
XƏBƏR 3 Yanvar 2024 / 15:57 2032
-  A +

Azərbaycanın qızlardan ibarət U-20 millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxıb.

QOL.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçilik etdiyi millimiz Estoniya yığması ilə üz-üzə gəlib. Matç Azərbaycan yığmasının 0:3 (10:25, 15:25, 22:25) hesablı məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, U-20 növbəti günlərdə Latviya, Ukrayna və Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış Avro-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner