"Neftçi" Bolqarıstan klubunun futbolçusunu almaq istəyir

"Neftçi" Bolqarıstan klubunun futbolçusunu almaq istəyir
XƏBƏR 30 Dekabr 2023 / 10:31 3559
-  A +

“Neftçi” bu qış heyətinə yeni futbolçu qatmağı planlaşdırır.

QOL.az xəbər verir ki, paytaxt təmsilçisi “Lokomotiv”in (Plovdiv, Bolqarıstan) vingeri Alfa Konteni transfer etmək istəyir. Bu barədə yerli kotasport.com saytı məlumat yayıb. "Neftçi" Alfa üçün 150 min avro ödəməyə hazırdır.

"Lokomotiv" isə futbolçusunun satışından daha böyük gəlir əldə etmək niyyətindədir.

Xəbərdə bu da qeyd olunub ki, "Lokomotiv" də oyunçusunun transferinə müsbət yanaşır. Çünki klubun ona maaş borcu var.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner