Dünyada ilin ən yaxşı klub məşqçisi müəyyənləşdi

Dünyada ilin ən yaxşı klub məşqçisi müəyyənləşdi
XƏBƏR 29 Dekabr 2023 / 12:10 1826
-  A +

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının versiyasına əsasən, 2023-cü ilin ən yaxşı klub məşqçisinin adını açıqlanıb.

QOL.az qurumun saytına istinadən xəbər verir ki, bu ada "Mançester Siti"nin (İngiltərə) baş məşqçisi Xosep Qvardiola layiq görülüb. O, 281 xal toplayıb. "Real"dan Karlo Ançelotti 2-ci (56 xal), 2023-cü ildə "Napoli"yə rəhbərlik etmiş Luçano Spaletti isə (53 xal) 3-cü yeri tutub.

TOP-5-liyə həmçinin "İnter"dən Simone İnzagi (51 xal) və Braziliya "Fluminense"sindən Fernando Diniz (33 xal) daxil olub.

Qeyd edək ki, Qvardiola 2023-cü ildə İngiltərə Premyer Liqası, İngiltərə kuboku, Çempionlar Liqası, UEFA superkuboku və klublararası dünya çempionatının qalibi adını qazanıb.  


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner