Sərbəst güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev Gənclər və İdman Nazirliyindən narazılıq edib.
Qol.az xəbər verir ki, o, feysbuk hesabında paylaşım edərək ilin 10 ən yaxşı idmançısı siyahısında olmamasına və Xankəndidə Prezident İlham Əliyevlə görüşə dəvət almamasının səbəbini anlamadığını bildirib:
“Bu il ilk dəfə 4 qat Avropa çempionu olaraq adımı Azərbaycan güləş tarixinə yazdım. Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının qalibi oldum. Amma Gənclər və İdman Nazirliyi tərəfindən heç bir diqqət görmədim, heç ilin ən yaxşı 10 idmançısı siyahısına da düşmədim. Cənab Prezidentimiz İlham Əliyev tarixi qələbə qazandığımız Qarabağa idmançıları dəvət etdi və onlarla görüşdü, idmançıları nə qədər sevdiyini sübut etdi. Amma çox heyif ki, nazirlik adımı Prezidentlə görüş siyahısına salmadı. İnanıram ki, ölkə başçısı məni orda görməyə çox sevinərdi. Bu qədər qələbə qazanmağıma, nəticə əldə etməyimə baxmayaraq, nazirlik məni bu görüşdən məhrum etdi. Bu haqsızlığa görə inanıram ki, tədbir görüləcək”.
Məsələyə Gənclər və İdman Nazirliyi reaksiya verib. Nazirlikdən qafqazinfo.az saytının sorğusuna cavab olaraq bildirilib ki, 10-luq tam şəffaf sistemlə hesablanır: “Nazirlik xal sistemi ilə hazırlanan həmin 10-luğun formalaşdığı reytinqi bütün federasiyaların iştirakı ilə birgə hazırlayır. Belə ki, həmin siyahı hər bir federasiyanın təqdim etdiyi hesablama sisteminə əsaslanır.
Ölkə başçısı ilə görüşə gəlincə, sözügedən görüşdə Prezident İlham Əliyevin 20 dekabr 2023-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”na, “Tərəqqi” medalına, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş şəxslər, eləcə də mənzil təqdim ediləcək idmançı və mütəxəssislər iştirak edirdilər.
Gənclər və İdman Nazirliyi idman federasiyalarının məsul şəxsləri ilə iki aydan bir keçirdiyi görüşlərdə müzakirələr aparır və hər bir qərar qəbul edilən zaman federasiyaların rəy və təkliflərini nəzərə alır. İnanırıq ki, federasiyalar öz məşqçi və idmançılarına prosesin necə aparıldığını lazımi qaydada izah edə biləcəklər.
Gənclər və İdman Nazirliyi sərbəst güləşçi Hacı Əliyevin ölkə idmanındakı xidmətlərini yüksək qiymətləndirir və ona bundan sonrakı karyerasında da uğurlar arzulayır”.
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu