Qəzaya düşən PFL əməkdaşlarından son xəbər 

Qəzaya düşən PFL əməkdaşlarından son xəbər 
XƏBƏR 26 Dekabr 2023 / 14:18 2358
-  A +

Ağdam-Xankəndi yolunda ağır qəzaya düşən Peşəkar Futbol Liqasının əməkdaşlarından Elgiz Abbasov artıq işə çıxmağa başlayıb.

Bu haqda o, Qol.az saytına açıqlamasında bildirib. Qurumun texniki-idman şöbəsinin direktoru olan Elgiz Abbasov deyib ki, artıq dünəndən fəəliyyətini ofis şəraitində davam etdirir. 

Öncədən xəbər verildiyi kimi, PFL-in qəzaya uğrayan departament rəhbərlərindən Sənan Abdullayev və Zaur Hacı-Məhərrəmov isə xəstənadan evə buraxılıblar.

“Qəzaya düşdüyümüz andan bu yana hər kəs bizə dəstək oldu. Onların istər tibbi, istər fövqəladə, istərsə də mənəvi dəstəyi dərhal hiss etdik. Allahın köməkliyi, insanların dəstəyi və duaları ilə ayaqdayıq" - deyə E.Abbasov Qol.az-a bildirib.

E.Abbasov qəzanın PFL-in iş prosesinə təsir etmədiyini bildirib: "Peşəkar Futbol Liqasının işlək mexanizmdə problem yoxdur. Elxan müəllim və Aslan müəllim PFL-də elə struktur qurublar ki, hər şey plana uyğun davam edir. Bütün əməkdaşlar canla-başla çalışırlar. Bundan əlavə, məkan fərqli olsa da, biz yenə bir yerdəyik. Həm onlayn, həm də fiziki görüşlərimiz olur və bütün məsələlərin həllinə nail oluruq. Peşəkar  Futbol Liqası olaraq qarşıda duran bütün planları həyata keçirəcəyik".

E.Abbasov onlarla birgə qəzaya düşən və hazırda xəstəxanada müalicələrini davam etdirən PFL prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin durumuna da toxunub: "Əlbəttə, Elxan müəllim və Aslan müəllimin hazırkı durumları haqqında həkimlər daha dolğun informasiya verə bilərlər, amma mən gördüklərimdən deyə bilərəm ki, ilk günlə müqayisədə yaxşıdırlar və daha da yaxşı olacaqlar. Onlar güclü və çox əqidəli insanlardır, Allah onları darda qoymaz”.

Qeyd edək ki, PFL-in 6 əməkdaşı dekabrın 16-da, saat 07:05 radələrində "Qarabağ" - MOİK matçının hazırlıqları ilə əlaqədar Xankəndiyə gedərkən Ağdam rayonu ərazisində qəzaya düşüblər.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner