"Qarabağ"ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov rusiyalı qolkiperin Avropa Liqasının qrup mərhələsinin ən çox seyv edən qapıçılar sırasına daxil edilməsini şərh edib.
QOL.az xəbər verir ki, o, championat.com-a açıqlamasında deyib: “Düşünürəm ki, Andrey bu cür reytinqlərə sakit yanaşır. Uğurlarınızın qeyd olunması hər bir futbolçu kimi, yəqin ki, ona da xoşdur. Amma o, bundan böyük nəticə çıxarmır. Bu reytinq bütün qrup mərhələsindəki oyunu xarakterizə edir. Deməzdim ki, seyvlərin reytinqi birbaşa obyektivdir, çünki birinci yeri pley-offa vəsiqə qazana bilməyən “Aris”in qapıçısı tutur. Andreyin hər oyunda seyvləri olub. Mən pafossuz danışıram, amma bu statistikanı qiymətləndirmək lazımdır.
Birincisi, hazırda avrokuboklarda çoxlu rusiyalı futbolçu çıxış etmir. Bu, bütün ölkə üçün böyük bir üstünlükdür. Azarkeşlər bunu qeyd etməlidir. Onların Rusiyada kimi dəstəkləməsi önəmli deyil. Belə olan halda Lunyov rus qapıçılar məktəbini və rus futbolunu tərənnüm edir. Onun sayəsində Rusiya bir daha xatırlanır. Bu, hətta Rusiyadan bəzi futbolçularımızın transferləri üçün də müsbət təkan rolunu oynayır.
İkincisi, Andrey altı oyunun hamısını əla keçirdi. Hətta "Bayer"ə 1:5 hesabı ilə uduzduqları matçda da yaxşı oyun nümayiş etdirdi. Bütün qarşılaşmalarda Andrey yeddi və daha yuxarı xal topladı . "Molde" ilə matçda Lunyov üç əla seyvlə komandasını qoldan xilas etdi. Andrey zədədən əvvəl 85 dəqiqə ərzində "Bayer"dən bir qol belə buraxmayan yeganə qapıçıdır. "Bayer" isə bu mövsüm artıq 25 oyun keçirib. Bütün bunları qeyd etmək lazımdır. Bu, Andreyin “Qarabağ”a keçməyinin düzgün seçim olduğunu göstərir. Azərbaycanda futbol elə səviyyədədir ki, Avropa yarışlarında oynamaqla özünü sübut edə bilərsən".
A.Smirnov söyləyib ki, Lunyov qrup mərhələsindəki çıxışı ilə bütün tənqidlərə cavab verib: “Bayer”ə və “Qarabağ”a keçdiyimiz üçün bizi hər zaman amansız tənqid edirdilər. Dedilər ki, “Qarabağ”a bu anlaşılmaz keçid nəyə görədir? “Qarabağ”a keçid məhz anlaşılan oldu. Artıq 10 ildir ki, komanda Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qrup turnirlərində çıxış edir. Bu mövsüm onlar ilk dəfə Avroliqanın pley-offuna yüksəliblər. Mən şadam ki, Andreyin bu uğurda rolu var”.
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu